İngiltərə, Danimarka və Sloveniya növbəti mərhələdə

Avropa çempionatının C qrupunda son matçlar keçirilib.

İngiltərə millisi paytaxt Berlində Sloveniyanı sınağa çəkib.

Matç elə başladığı kimi başa çatıb: 0:0.

Qrupun digər matçı Münhendə oynanılıb. İkinci pillədə qərarlaşan Danimarka qrup sonuncusu Serbiya ilə münasibətlərə aydınlıq gətirib. Bu görüşdən də qol səsi çıxmayıb: 0:0.

Beləliklə, hər iki oyun sonrası turnir cədvəlində heç bir dəyişiklik olmayıb.

İngiltərə qrup lideri kimi, Danimarka ikinci, Sloveniya isə ən yaxşı qrup 3-cülərindən biri olaraq növbəti tura yüksəlib.

C qrupu, III tur

23:00. İngiltərə – Sloveniya 0:0

Baş hakim: Klement Turpin (Fransa).

Köln, “Reyn Enerqi” stadionu.

23:00. Danimarka – Serbiya 0:0

Baş hakim: Fransua Leteksye (Fransa).

Münhen, “Alyans Arena”.

Əvvəlki məqalə

Yaponiya İmperatoru üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Sonrakı məqalə

Kəlbəcərdə “Mersedes” aşıb, 2 nəfər ölüb, 7 yaralı var