İngiltərə finala çıxdı –Seçmə mərhələnin nəticələri /AVRO-2024

AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub.

Son oyun günündə yeddi qarşılaşma keçirilib.

A qrupunda Ukrayna millisi Maltanı, İngiltərə yığması İtaliyanı məğlub edib. Qələbə britaniyalıları final mərhələsinə daşıyıb.

G qrupunda Macarıstan Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edə bilərdi. Lakin səfərdə Litva ilə heç-heçə edən komanda bunun öhdəsindən gələ bilməyib. Qrupun digər matçında isə Serbiya doğma meydanda Monteneqroya qalib gəlib.

H qrupunda Qazaxıstan Finlandiyanı, Sloveniya Şimali İrlandiyanı, Danimarka isə San Marinonu üstələyib. Bu qrupda da bütün suallara son iki turda aydınlıq gələcək.

AVRO-2024, seçmə mərhələ

VIII tur

17 oktyabr

C qrupu

22:45. Malta – Ukrayna – 1:3

22:45. İngiltərə – İtaliya – 3:1

Xal durumu: İngiltərə – 16 (6 oyun), Ukrayna – 13 (7), İtaliya – 10 (6), Şimali Makedoniya – 7 (6), Malta – 0 (7)

G qrupu

22:45. Litva – Macarıstan – 2:2

22:45. Serbiya – Monteneqro – 3:1

Xal durumu: Macarıstan – 14 (6), Serbiya – 13 (7), Monteneqro – 8 (6), Litva – 6 (7), Bolqarıstan – 2 (6)

H qrupu

20:00. Finlandiya – Qazaxıstan – 1:2

22:45. Şimali İrlandiya – Sloveniya – 0:1

22:45. San Marino – Danimarka – 1:2

Xal durumu: Sloveniya – 19 (8), Danimarka – 19 (8), Qazaxıstan – 15 (8), Finlandiya – 12 (8), Şimali İrlandiya – 6 (8), San Marino – 0 (8)

Qeyd edək ki, daha əvvəl ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya yığmaları Avropa çempionatına vəsiqəni təmin ediblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.