İnklüziv təhsillə bağlı diaqnostik qiymətləndirmə aparılır

Təhsil İnstitutu Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıqda icra etdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ” adlı layihə çərçivəsində korreksiyaedici pedaqoqlar arasında diaqnostik qiymətləndirmə aparır.

Bu barədə Təhsil İnstitutundan bildirilib. Qeyd olunub ki, qiymətləndirmənin məqsədi layihənin əhatə dairəsinə daxil olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və bütün şagirdlərin akademik və sosial uğuruna töhfə verərək inklüziv təhsilin keyfiyyətinə birbaşa təsir edən korreksiyaedici pedaqoqların sahə üzrə biliklərini dəyərləndirməkdir.

Qiymətləndirmə nəticəsində müəyyən ediləcək ehtiyaclara uyğun olaraq təlim proqramının hazırlanması və həmin proqram əsasında təlimlərin təşkili planlaşdırılır.

Əvvəlki məqalə

Birinci siniflərə şagird qəbulu sistemi təkmilləşdirilib

Sonrakı məqalə

Aprelin 30-da 48 mindən çox şagird imtahan verəcək