“Intel” şirkəti Rusiyanı tərk etdiyini bəyan edib

ABŞ-ın elektron qurğular və kompüter komponentləri istehsal edən “Intel” şirkəti Rusiyadakı işini dayandırdığını elan edib.

Azpost.info xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib. “”Intel” dünya ictimaiyyəti ilə birlikdə Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyir və sülhü bərpa etməyə çağırır. Biz Rusiyada bütün biznes əməliyyatlarını dayandırdıq”, – məlumatda deyilir.

Şirkətin Rusiyada 1200 nəfər əməkdaşı var idi.

Azpost.info

Əvvəlki məqalə

“Ukraynanı bərpa etmək üçün nəhəng sərmayələr qoyulacaq” –

Sonrakı məqalə

Saatlıda iki uşaq qidadan zəhərlənib, biri vəfat edib