İqbal Məmmədovun namizədliyi qeydə alındı

09 Yanvar 2020 - 15:23

Dördüncü və beşinci çağırış Milli Məclisin deputatı İqbal Məmmədovun deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə Modern.az-a namizədin seçki qərərgahından məlumat verilib.

Bildirilib ki, İ.Məmmədov namizədliyini 78 saylı Lerik seçki dairəsindən irəli sürüb.

Qeyd edək ki, İ.Məmmədovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.