İqtisadiyyat Nazirliyi mətbuat katibi vəzifəsini tutmaq üçün müsahibə elan edib.
Azpost.info bildirir ki, müsahibə şərtləri Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması ilə bağlı elanında göstərilib.
Elanda qeyd edilir ki, Nazirlikdə vakant yer olan İctimaiyyətlə əlaqələr şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri – mətbuat katibi postuna namizədlər mütaciət edə bilər.
Müsahibədə iştirak etmək üçün ali təhsil, dövlət qulluğunda 5 il iş stajı tələb olunur. Rus və ingilis dilini bilmək vacibdir.
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət mayın 17 saat 18.00-dəkdir.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.