İrəvan minalarla bağlı yeni məlumatların Bakıya ötürülməsini istisna etmir.
Azpost.info xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, yalnız beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə ola bilər.
“Ermənistanın müvafiq dövlət qurumları mümkün yeni minalarla bağlı yeni məlumatların əldə edilməsi üzərində işləyir. İstisna etmirəm ki, hər iki tərəfdə etimadın yaradılması istiqamətində konstruktiv yanaşmalar və addımlar olarsa, biz onları yenidən onlara ötürəcəyik. Hesab edirəm ki, bu, beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirilməlidir”, – Mirzoyan deyib.
O qeyd edib ki, İrəvan iki dəfə minalanmış xəritələri Bakıya təhvil verib, lakin Azərbaycan tərəfi onların qeyri-dəqiq olduğunu deyib.
Azpost.info