“İrəvana səfər sərhəddəki son gərginlikdən əvvəl planlaşdırılıb”- Nensi Pelosi

“İrəvana səfər Ermənistan-Azərbaycan sərhədində son gərginlikdən əvvəl planlaşdırılıb”.

Azpost.info xəbər verir ki, bunu ABŞ Senatının Nümayəndələr Palatasının bu gün Ermənistana səfər edəcək spikeri Nensi Pelosi bildirib.

Berlində jurnalistlərə açıqlama verən Pelosi bildirib ki, səfər İrəvanın dəvəti əsasında həyata keçirilir.

Spiker onu da qeyd edib ki, səfər proqramında iştirak edən nümayəndə heyətinin tərkibində erməni əsilli amerikalı deputat da var.

Azpost.info

Əvvəlki məqalə

Çap mediası təsis etmək hüququ verilən dövlət orqanlarının adları açıqlanıb

Sonrakı məqalə

Qazaxıstan paytaxtının adı yenidən Astana oldu