İrəvanda Avropa çempionu olan türkiyəli idmançılar Azərbaycana gəlib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizə dəvət olunan İrəvanda keçirilən Avropa çempionatında uğur qazanan Türkiyə ağırlıqqaldıranları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altun Bakıya gəlib.

APA xəbər verir ki, səfər çərçivəsində onların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub. Onlar eyni zamanda Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Əvvəlki məqalə

Rusiyada generallar kütləvi şəkildə istefaya göndərilib

Sonrakı məqalə

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı jurnalistlər ağacəkmə aksiyası keçirib