İrəvandakı yarışda medal qazanmış türkiyəli idmançılar Bakıya gələcək- Bu tarixdə

Ermənistanın paytaxtı İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc və gümüş mükafatçı Qamze Altun sabah Bakıya gələcək.

“Report”un məlumatına görə, Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Talat Ünlü də Azərbaycana səfər edəcək.

Səfər zamanı onların paytaxtda bir sıra görüşlərdə və tədbirlərdə iştirakları nəzərdə tutulub.

Əvvəlki məqalə

Tofiq Bəhramov adına Respublika stadionuna yeni direktor təyin edilib

Sonrakı məqalə

Rusiya Norveçin 10 diplomatını “persona non-qrata” elan etdi