İrakli Qaribaşvilinin Azərbaycana səfər proqramı açıqlanıb

29 Sentyabr 2021 - 10:01

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Azərbaycana işgüzar səfər edəcək.

Bu barədə Gürcüstan Baş nazirinin administrasiyası məlumat yayıb.

Bildirilib ki, Baş nazir Prezident İlham Əliyevlə təkbətək görüşəcək.

Səfər çərçivəsində Gürcüstan və Azərbaycan Respublikasının Baş nazirlərinin sədrliyi ilə Hökumətlərarası İqtisadi Komissiyanın iclası keçiriləcək və bundan sonra əməkdaşlıq memorandumları imzalanacaq.

Gürcüstan Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini, xarici işlər naziri Davit Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava və hökumət administrasiyasının rəhbəri İliya Darçiaşvili daxildir.