İran Dağlıq Qarabağdakı qondarma “seçkiləri” tanımadığını bəyan edib

“Azərbaycan ilə Ermənistan arasında münaqişənin həlli yolunu daha da çətinləşdirən və mürəkkəbləşdirən hər bir addımdan çəkinmək lazımdır”.

Azpost.info İRİB-ə istinadən bildirir ki, bu sözləri İranın XİN-nin sözçüsü Abbas Müsəvi Dağlıq Qarabağda separatçı qurumun “prezident seçkiləri”nə dair mövqeyini açıqlayarkən deyib. XİN rəsmisi separatçı qurumun keçirdiyi“seçkilər”in əleyhinə olduqlarını vurğulayıb və qeyd edib ki, İran regionda gərginlik və ixtilafın şiddətlənməsinə səbəb olacaq hər cür hərəkətə qarşıdır.

A.Musəvinin sözlərinə görə, Qarabağ münaqişəsinin beynəlxalq prinsip və qanunlar çərçivəsində dinc yolla həll edilməlidir.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda koronavirusa yoluxanların sayı 298 nəfərdir –

Sonrakı məqalə

“Bizi qarşıda çox ağır 2 həftə gözləyir” –