“İran dost Ermənistanla əməkdaşlığı daha da zənginləşdirməyə hazırdır”- PEZEŞKİAN

“İran dost Ermənistanla siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daim inkişafını yüksək qiymətləndirir”.

Azpost.info xəbər verir ki, bunu Tehranda işgüzar səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edən İran prezidenti Məsud Pezeşkian deyib.

İran prezidenti dəvəti qəbul edib İrana işgüzar səfərə gəldiyinə görə Paşinyana təşəkkür edib.

Nikol Paşinyan səmimi qəbula görə Məsud Pezeşkyana təşəkkür edib və onu İran prezidenti vəzifəsinə seçilməsi münasibətilə bir daha təbrik edib. Baş nazir İranla qarşılıqlı hörmət və anlaşmaya əsaslanan çoxtərəfli əməkdaşlığın Ermənistan üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Məsud Pezeşkian yüksək səviyyədə əvvəllər əldə edilmiş razılaşmaların qüvvədə qaldığını bildirib: “Xalqlarımızın çoxəsrlik dostluğu, tarixi və mədəni əlaqələri ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün əsasdır. Biz birgə səylərlə dialoqumuzu davam etdirməyə və ikitərəfli əməkdaşlığın gündəliyini daha da zənginləşdirməyə hazırıq”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.