İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın da olduğu helikopterin qəzaya uğramasından sonra Tehran administrasiyası ABŞ-dan kömək istəyib.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller qeyd edib.
Qarşı tərəfə bu vəziyyətdə istənilən hökuməti dəstəkləməyə hazır olduqlarını çatdırdıqlarını ifadə edən Miller onu da qeyd edib ki, logistik səbəblərdən görə ABŞ bu yardımı təmin edə bilməyib.
Miller yardımın məzmunu ilə bağlı məlumat verməyib.
Azpost.info