İran İsrailə olan hucumu dəstəkləyib –AÇIQLAMA

İran HƏMAS-ın İsrailə hucumunu dəstəkləyir.

Azpost.info Mehr Agentliyinə istinadən bildirir ki, bu barədə İranın ali dini rəhbəri Xamneyinin baş hərbi müşaviri, general Yəhya Səfəvi bəyan edib.

“Biz “Əl-Əqsa Fırtınası” əməliyyatını dəstəklədiyimizi bəyan edirik. Əminik ki, Müqavimət Cəbhəsi də onu dəstəkləyəcək”, – deyə general-mayor Yəhya Rəhim Səfəvi bildirib.

General Səfəvi bildirib ki, “Fələstin və Qüdsün azad edilməsinə qədər Fələstin mücahidlərinin yanında qalacaqlar”.

O, bu barədə Tehranda Fələstinli Uşaq və Yeniyetmələrlə 6-cı Beynəlxalq Həmrəylik Konfransında bildirib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.