“İranın nüvə silahı hazırlamaq qərarına gəldiyinə dair heç bir sübut yoxdur”.
Azpost.info xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns deyib.
“Tehranın 2003-cü ildə nüvə silahı proqramını dayandıracağını elan etməsindən sonra məlum qərarın verildiyinə dair heç bir sübut yoxdur”, – Börns bildirib.
Onun sözlərinə görə, Tehran belə bir addım atsa, Birləşmiş Ştatlar və müttəfiqləri tezliklə bunu müəyyən edə biləcəklər: “Biz prosesi çox yaxından izləyirik və əminik ki, dostlarımız və müttəfiqlərimizlə işləyərək bunu erkən müəyyən edə bilərik”.
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri həmçinin qeyd edib ki, həm İsrail, həm də İran liderləri genişmiqyaslı müharibəyə can atmasalar da, eskalasiya riski yüksəkdir. O bildirib ki, Tel-Əvivin İranın raket hücumuna necə cavab verməsi ilə bağlı qərarının qlobal bazarlar da daxil olmaqla mühüm nəticələri olacaq.
Azpost.info