İran öz yük maşınlarına Qarabağa və Laçına daxil olmağı qadağan etdi –

"Azərbaycanın ərazi bütövlüyünün pozulması sayılacaq" (QƏRAR)
20 Oktyabr 2021 - 17:10

Iran Ermənistan ərazisindən Azərbaycanın ərazisi olan Qarabağa və Laçın rayonunun ərazisinə daxil olmasını və separatçı guruhla hər hansı bir ticarət müqaviləsinin imzalanmasını qadağan edib. 

Azpost.info bildirir ki, bu barədə İran Yollar və nəqliyyat İdarəçiliyi Təşkilatının baş direktoru Məhəmməd Cavad Hedayati 9 oktyabr tarixli direktivində açıqlayıb. Məlumatı Mehr Agentliyi yayıb. Baş direktor bununla bağlı beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına yazdığı məktubda məlumat verib.

Məlumatda vurğulanır ki, Azərbaycan Respublikası ərazilərinə istənilən giriş ərazi bütövlüyününü pozulması hesab ediləcək.

Sənəddə Yol Təşkilatı Dağlıq Qarabağ və Laçın rayonuna Ermənistan vasitəsilə daxil olunmasını qadağan edir və nəqliyyat şirkətlərinə Dağlıq Qarabağın separatçıları ilə hər hansı müşayiətedici ticarət sənədləri imzalamağa qadağa qoyub.