İran Ukrayna böhranı ilə əlaqədar ölkədən bir sıra kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyub.
Azpost.info TASNİM agentliyinə istinadən bildirir ki, bunu İranın kənd təsərrüfatı naziri Cavad Sadatinjad deyib.
Qadağa, ilk növbədə, bir sıra mallara qlobal tələbatın artması, qonşu ölkələrdə idxal tariflərinin aşağı salınması və qiymətlərin və daxili bazarın tələbatının tənzimlənməsi zərurəti ilə bağlıdır.
Beləliklə, ölkədən pomidor, kartof, badımcan, soğan ixrac etmək mümkün olmayacaq. Məhdudiyyətlər növbəti bildirişə qədər qüvvədə qalacaq.
Azpost.info