Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın cənazələrini daşıyan təyyarə Tehrana çatıb.
Azpost.info xəbər verir ki, bu barədə IRIB telekanalı məlumat yayıb.
Təyyarə qəzası qurbanlarının cəsədləri olan tabutları İran əsgərləri daşıyıblar. Onları fəxri qarovul dəstəsi qarşılayıb.
Təyyarə prezidentin həmişə uçduğu “Air Force One”dır. Təyyarənin gövdəsində İranın dövlət bayrağı və dövlətin adı yer alıb. Mərhum ölkə başçısının təyyarədəki oturacağına qara lent bağlanıb.
Azpost.info