İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber Paşinyanı qəbul edib- FOTO

Ermənistan Baş naziri Nikol Paşinyan Tehranda İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxberlə görüşüb.

Azpost.info xəbər verir ki, Paşinyan İbrahim Rəisi və Hüseyn Əmir Abdullahianın ölümünün böyük faciə olduğunu bildirib.

“Ermənistan və erməni xalqı dost İran xalqının kədərini yaşayır və dərdini bölüşür”, – o deyib.

Paşinyan qeyd edib ki, onu İbrahim Rəisi ilə təkcə tərəfdaşlıq deyil, həm də isti dostluq əlaqələri bağlayır və bu, təbii ki, Ermənistan-İran münasibətlərinə də öz əksini tapır. Baş nazir ümidvar olduğunu bildirib ki, İbrahim Rəisi ilə qeyd olunan proqramlar həyata keçiriləcək və iki ölkə arasında müsbət münasibətlər davam etdiriləcək.

Məhəmməd Moxber bildirib ki, Ermənistan Baş nazirinin bu çətin günlərdə İranda olması onlara güc verir. Onun sözlərinə görə, fəlakət bütün İran xalqını sarsıdıb və o, dost Ermənistanın bu gün onların dərdinə şərik olduğunu yüksək qiymətləndirir.

Moxber əmin edib ki, Ermənistan Baş nazirinin Rəisi ilə birlikdə Ermənistan-İran münasibətlərinin inkişafına yönəlmiş bütün proqramları uzunmüddətli olacaq.

Azpost.info

 

Əvvəlki məqalə

Ermənistanda hökumət, parlament binalarını tutmağı planlaşdıran şəxs həbs edilib

Sonrakı məqalə

DİN-in Daxili Qoşunlarında ali hərbi rütbəli vəzifələrin siyahısında dəyişiklik edilib