İran prezidentinin olduğu helikopter Culfa yaxınlığında qəzaya uğrayıb –

İran prezidenti İbrahim Rəisinin  içində olduğu helikopterin Culfa yaxınlığında qəzaya uğraması barədə məlumat yayılıb.

Azpost.info bildirir ki, bu barədə İran TV-ləri məlumat verib.

Prezident Rəisini daşıyan helikopter əlverişsiz hava şəraiti səbəbindən Şərqi Azərbaycanda eniş etmək məcburiyyətində qalıb. Sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara görə, bazar günü İran prezidentinin İranın şimal-qərbindəki Şərqi Azərbaycan əyalətinə səfəri zamanı karvanı daşıyan üç helikopterdən biri qəzaya uğrayıb.

Bu helikopterdə Prezident Rəisi, Təbrizin imam cüməsi Ali-Haşim, xarici işlər naziri Hüseyn Əmirabdullahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa siyasi xadim olub.

Bir neçə dəqiqə əvvəl prezidenti aparan helikopter Şərqi Azərbaycanın şimal bölgəsində dumanlı hava şəraiti səbəbindən yerə enib.

 

Xəbər yenilənir…

 

**

İRNA Agentliyinin məlumatına örə, İran prezidenti İbrahim Rəisi və yüksək vəzifəli məmurları daşıyan helikopter İranın şimal-qərbində qəzaya uğrayıb, mümkün xəsarət və dağıntılar barədə hələlik məlumat yoxdur.

Prezident Rəisi bazar günü İranın Azərbaycanla sərhədində bəndin açılış mərasimindən qayıdarkən onun vertolyotu Varzakan bölgəsinə eniş edərkən qəzaya uğrayıb.

 

**

17.43

Mehr Agentliyinin məlumatına görə, xilasetmə və axtarış qrupu helikopterin sərt eniş yerinə çatmaqda çətinlik çəkir.

Daxili işlər naziri Əhməd Vahidi milli televiziyaya prezident karvanındakı helikopterlərdən birinin sərt eniş etdiyini təsdiqləyib.

17.52

İRNA Agentliyi bildirir ki, kəskin hava şəraiti və qatı duman xilasetmə qruplarının işinə mane olur.

İRNA müxbirinin əldə etdiyi məlumata görə, xilasedicilərə hadisə barədə məlumat verildikdən təxminən bir saat sonra xilasetmə qrupları elan edilən yerə gəlib və axtarışlara başlanılıb.

Bu əraziyə 16 xilasetmə qrupu göndərilib.

 

Əvvəlki məqalə

Bakıda sərnişin avtobusları toqquşub, yaralılar var –

Sonrakı məqalə

İran prezidentinin qəzaya uğradığı helikopterin axtarışları davam edir