İranın məşhur kino rejissoru Dariyuş Mehrcuyi və həyat yoldaşı Validə Məhəmmədifərinin qətli ilə bağlı əsas şübhəli şəxs həbs olunub.
Azpost.info-nun məlumatına görə, IRNA agentliyi oktyabrın 19-da polisə istinadla bildirib ki, müstəntiq və xəfiyyələrin çevik araşdırması nəticəsində əsas şübhəli artıq həbsdədir.
Polis bildirir ki, bu işlə bağlı mümkün başqa şübhəlilərin aşkarlanması üçün istintaq işləri davam etdirilir.
83 yaşlı Mehrcuyi 1960-cıp illərdə müasir İran kinosunun əsasını qoyanlardan sayılır. Mehrcuyi hökumətin senzura siyasətini dəfələrlə sərt tənqid etmişdi.
Onun siyasi sifarişlə qətlə yetirildiyi barədə iddialar da səslənir.
Mehrcuyi və arvadının dəfn mərasimdə bir çox kino sənətçiləri iştirak ediblər.
Avropa kino festivallarında bir çox mükafatlar almış rejissor Dariyuş Mehrcuyi və arvadı Vahidə Məhəmmədifarın meyitləri Tehran yaxınlığındakı villalarında aşkar edilib.
Azpost.info