İran Türkiyəyə qaz nəqlini bərpa edib

İran Türkiyəyə təbii qaz tədarükünü bərpa edib.

Bu barədə Türkiyənin “Botaş” neft-qaz şirkəti məlumat yayıb.

“İran tərəfdə qaz nəqli sistemində yaranan nasazlıq səbəbindən Gürbulak-Ağrı məntəqəsi vasitəsilə təbii qazın nəqli həyata keçirilə bilməyib. Hazırda İrandan sınaq məqsədilə məhdud şəkildə qaz tədarükü başlayıb”, – məlumatda deyilir.

İran mətbuatının verdiyi xəbərə görə, yanvarın 19-da yaranan və qazın 10 gün müddətinə dayandırılmasına səbəb olan texniki nasazlıqlar aradan qaldırılıb.

İran Türkiyəyə Tengiz-Ankara qaz kəməri vasitəsilə orta hesabla 10 milyard kubmetr qaz verir. Son məlumatlara görə, 2021-ci ildə İran qazının Türkiyənin enerji balansında payı 16%-ə yaxın olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Məni Soçiyə niyə dəvət edirsən, xizək sürməyə?” –

Sonrakı məqalə

“Saakaşvilinin əfvi Gürcüstanda vəziyyəti pisləşdirəcək” –