İran qəzaya uğrayan helikopterin axtarışı üçün Türkiyədən gecə görünüşlü axtarış-xilasetmə helikopteri istəyib.
Azpost.iinfo bildirir ki, bu barədə Türkiyə Fövqəladə Hallar Xidməti (AFAD) açıqlama verib.
Van və Ərzurum AFAD il müdirliklərinin 32 türk alpinist axtarış-xilasetmə heyəti və 6 maşın yola düşüb. Ankara, Diyarbəkir və Konyadan olan hər biri 15 nəfərdən ibarət alpinist axtarış-xilasetmə heyəti hazırlıq vəziyyətindədir.