İRAN XİN helikopter qəzası ilə bağlı Bəyanat yaydı

İran Xarici İşlər Nazirliyi dövlət rəsmilərinin olduğu helikopter qəzası ilə bağlı bəyanat yayıb. 

Azpost.info İRNA-ya istinadən bildirir ki, XİN öz yardımını təklif edən dövlətlərə təşəkkür edib.

“Təəssüflər olsun ki, ötən bazar günü günortadan sonra prezident, xarici işlər naziri və bəzi digər müşayiət edən şəxsləri daşıyan helikopter Şərqi Azərbaycan əyalətinin Vərzqan rayonunda qəzaya uğrayıb. Əlverişsiz hava və ətraf mühit şəraitinə baxmayaraq, xilasetmə qruplarını fəlakət yerinə gətirmək üçün səylər səmimiyyət və ümidlə davam edir”-deyə bəyanatda vurğulanır.

“İran insani hiss və duyğuların ifadəsini, eləcə də çoxlu sayda hökumət, millət və beynəlxalq təşkilatların hökumət və xalqla həmrəyliyini səmimi qəlbdən təşəkkür edir və yüksək qiymətləndirir”.

Azpost.info

Əvvəlki məqalə

Rəisinin helikopterindəki bütün sərnişinlər həlak olub –

Sonrakı məqalə

ABŞ prezidenti məzuniyyətini ləğv edərək təcili Ağ Evə qayıdıb