İran XİN rəhbəri Pakistana gedəcək- Bu tarixdə

Gərginliyin artmasından sonra Pakistan və İran səfirlərini yanvarın 26-dək paytaxtlarına qaytarmağa razılaşıblar.

Azpost.info xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, razılıq XİN rəhbərləri Cəlil Abbas Cilani və Hüseyn Əmir Abdullahian arasında telefon danışığından sonra əldə olunub.

Bundan başqa, Abdullahian pakistanlı həmkarının dəvəti ilə yanvarın 29-da İslamabada səfər edəcək.

Qeyd edək ki, yanvarın 16-da İran Pakistanın Bəlucistan əyalətindəki Ceyş əl-Ədl düşərgələrinə raket və PUA-dan zərbələr endirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.