İranda ikinci tura çıxmış prezidentliyə namizədlər debata çıxacaq

Məsud Pezeşkiyan və Səid Cəlili iyulun 5-də keçiriləcək seçkilərin ikinci turu öncəsi bazar ertəsi və çərşənbə axşamı iki teledebatda iştirak edəcəklər.

Azpost.info bildirir ki, bu barədə İranın dövlət telekanalı-İRİB məlumat yayıb.

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-də keçiriləcək. Seçki bürosu dörd namizəddən heç birinin tam qələbə qazanmadığına görə, ikinci tur elan edib.

Keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan və İranın nüvə danışıqları üzrə sabiq nümayədəsi Səid Cəlili 5 iyul 2024-cü ildə keçiriləcək seçkilərin ikinci turunda iştirak edəcəklər.

İran Milli Televiziyası şənbə günü verdiyi açıqlamada bildirib ki, ilk debat bazar ertəsi saat 21:30-da, ikinci debat çərşənbə axşamı saat 21:30-da keçiriləcək.

İran Milli Televiziyası həmçinin bildirib ki, iki namizədin sənədli filmləri ilə yanaşı, onların kampaniyaları çərçivəsində ictimaiyyətə çıxışları da yayımlanacaq.

Əvvəlki məqalə

Lənkəranın mərkəzi meydanında iki nəfər bıçaqlanıb, vəziyyətləri ağırdır

Sonrakı məqalə

Rusiya İstintaq Komitəsinin rəhbərinin sözləri Kadırovu qəzəbləndirdi