İranda hicaba məcbur edilməsinə etiraz etmək üçün paltarlarını soyunan qız saxlanılıb.
Azpost.info bildirir ki, bu barədə şənbə, oktyabrın 2-də “Euronews” telekanalı “Amnesty Iran”a istinadən məlumat yayıb.
Hadisənin Tehranın “Azad” Universiteti ərazisində baş verdiyi qeyd edilir.
İran hakimiyyəti noyabrın 2-də Tehrandakı İslami Azad Universitetində mühafizəçilərin hicabın kobud şəkildə hicab qaydalarına əməl etmək tələbinə etiraz edən tələbə qız soyunaraq paltarlarını atıb.
Tələbələr tərəfindən universitetin auditoriyasının pəncərələrindən çəkilən hadisənin videosu sosial şəbəkələrdə sürətlə yayılaraq ciddi müzakirələrə səbəb olub. Bir çox istifadəçi qadına dəstək ifadə edərək, onun hərəkətini cəsur və cəsarətli adlandırıb.
Saxlanılan şəxsin kimliyi ilə bağlı məlumat hələlik açıqlanmayıb. Universitetə bağlı yerli qəzet onun ruhi xəstəxanaya köçürüldüyünü yazıb.
Amnesty Iran insan haqları təşkilatı tələbəni dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb. Həbs edilən universitet tələbəsini dərhal və qeyd-şərtsiz azad etməlidir”, – deyə məlumatda bildirilir.
Təşkilat qadını azadlığa buraxılmazdan əvvəl “işgəncə və digər pis rəftarlardan” qorumağa çağırıb və onun ailəsi və vəkili ilə görüşünə icazə verilməsini tələb edib.