İranda universitetlər Ramazan ayından sonra açılacaq

22 Aprel 2020 - 15:12

İranda universitetlər Ramazan ayından sonra açılacaq.

APA-nın Tehran bürosunun məlumatına görə,  bunu İran Tibb Universitetinin Qiymətləndirmə idarəsinin rəhbəri Abtin Heydərzadə deyib. Onun sözlərinə görə, ölkədə təhsil ili universitetlər açıldıqdan sonra 2 ay müddətinə davam etdiriləcək və daha sonra sınaq imtahanları təşkil olunacaq: “Tibb Universitetinin də imtahanları ali məktəblər açıldıqdan sonra təşkil olunacaq”.

Qeyd edək ki, İranın Təhsil Nazirliyi məktəblərdə dərslərin nə zaman açılacağı ilə bağlı qərar qəbul etməyib. Dərslər virtual şəkildə təşkil olunur, lakin məktəblərin gələn ay açılması və imtahanlar üçün hazırlıq işləri aparılır.