İrandan Azərbaycana qanunsuz 17 ton yük gətirən avtomobil saxlanıldı

Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakıdan Naxçıvana qarışıq təsərrüfat malları yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi 99DK173/10ZG554 dövlət qeydiyyat nişanlı “DAF” markalı yük nəqliyyat vasitəsinin yol-nəqliyyat sənədində qeyd olunan 18 tona yaxın avtomobil ehtiyyat hissələrini İran ərazisində boşaltdığı və həmin yükün yerinə 17 tondan artıq döşəmə daşı yüklədiyi müəyyən olunub.

Bu barədə Naxçıvan Baş Gömrük İdarəsindən bildirilib.

Nəqliyyat vasitəsi mayın 29-da saat 21:50-də Azərbaycan Respublikasının “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində qeydiyyata alınaraq ölkədən çıxış edib, iyunun 2-də saat 04:52-də “Culfa” ” dövlət sərhədindən buraxılış məntəqəsindən muxtar respublika ərazisinə daxil olub.

Yükə qanunsuz müdaxilə zamanı istifadə olunan yapışdırıcı və digər vasitələr, qırılıb sonradan yapışdırılmış gömrük təminatları maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan olunub

Sonrakı məqalə

Polis itkin düşən 11 nəfəri tapıb