İrandan Azərbaycana 49 kq narkotik keçirilməsinin qarşısı alınıb –DSX

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən təxmini çəkisi 49 kiloqram 555 qram narkotik vasitəyə, 3000 ədəd psixotrop tərkibli həbə bənzər maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-dən  verilən xəbərə görə, aprel ayının 25-də saat 17:35 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb xidməti ərazi qapa­dılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki bağlamaları yerə ataraq ərazinin dağlıq və sıx kolluq olmasından istifadə edərək geri qaçıblar. Ərazidə həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş 5 ədəd mavi rəngli bağlamanın içərisindən ümumi çəkisi 32 kq 945 qram narkotik vasitəyə (30 kq 935 qr “marixuana”, 2 kq 10 qr “tiryək”) bənzər maddələr və psixotrop tərkibli 3000 ədəd “metadon-40” dərman preparatı olan həblər aşkar olunaraq götürülüb.

Aprel ayının 27-də saat 00:50 radələrində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndi yaxınlığında “Feyxoa bağları” adlanan ərazidə yerləşən istifadə olunmayan yarımtikiliyə bir nəfərin ətrafı müşahidə edərək yaxınlaşması və içərisindən 1 ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılmış, onun Astara rayonunun Məçitməhəllə kənd sakini 1990-cı il təvəllüdlü Yusifov Nazim Tofiq oğlu olması müəyyənləşdirilib.

Saxlanılan şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 16 kq 610 qr narkotik vasitəyə (12 kq 375 qr heroin, 3 kq 5 qr tiryək, 725 qr metamfetamin və 505 qr marixuana) bənzər maddələr aşkar olunaraq götürül­üb.

Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Əvvəlki məqalə

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı təmaslar planlaşdırılıb –

Sonrakı məqalə

İnformatika fənni buraxılış imtahanlarına salınacaq