İranın Ali lideri yanında Məsləhət Şurasının üzvü koronavirusdan ölüb

02 Mart 2020 - 14:04

İranda koronavirusa yoluxmuş yüksək vəzifəli məmur ölüb.

APA-nın xəbərinə görə, yerli “Fars” agentliyi məlumat yayıb ki, İranın Ali lideri yanında Məsləhət Şurasının üzvü Məhəmməd Mirməhəmmədi bu gün dünyasını dəyişib.

Ölümün dəqiq səbəbi bilinir. Lakin agentlik qeyd edir ki, həmin şəxsdə koronavirus aşkarlanıb və o, martın 1-də Tehranda xəstəxanaya yerləşdirilib.

72 yaşlı M.Mirməhəmmədinin məhz koronavirusdan öldüyü ehtimal edilir.

Qeyd edək ki, İranda yeni koronavirusa yoluxma ilk dəfə fevralın 19-da Qum şəhərində qeydə alınıb. Rəsmi məlumatlarda indiyədək İranda 978 yoluxmanın qeydə alındığı, ən azı 54 ölüm faktının baş verdiyi açıqlanıb.