İranlı cərrah xəstənin qarnından 16 kiloqramlıq şişi çıxarıb

İranlı cərrah Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindəki Nazeran xəstəxanasında üç saatlıq əməliyyatdan sonra Türkmənistandan olan bir xəstənin qarnından 16 kiloqramlıq şişi uğurla çıxarıb.

47 yaşlı xəstənin bədənindəki şiş çanaq və qarın boşluğundan dalağa qədər uzanan “liposarkoma” olub. Cərrah qeyd edib ki, şiş xəstənin bədənində nazik bağırsaq, yoğun bağırsaq və sol böyrəyin bir hissəsini əhatə edib.

Məlumatda xəstənin hazırda vəziyyətinin yaxşı olduğu və yaxın günlərdə xəstəxanadan buraxılacağı qeyd edilib. Bildirilib ki, türkmən xəstə öz ölkəsində bir dəfə uğursuz əməliyyat keçirib və daha sonra Məşhədə gəlib(azərtac).

 

Əvvəlki məqalə

“Putin məğlub ola bilməz, bütün üstünlüklər ondadır”

Sonrakı məqalə

AMİP seçkilərdə iştirak barədə qərar verdi –