İraqda Türkiyənin 9 hərbçisi şəhid olub-YENİLƏNİB

Türkiyə ordusunun İraqın şimalındakı “Pençe-Kilit” əməliyyatı bölgəsində yaralanan hərbçilərindən daha bir hərbçisi şəhid olub.

Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

**

Türkiyə ordusunun İraqın şimalındakı “Pençe-Kilit” əməliyyatı bölgəsində yaralanan hərbçilərindən daha ikisi şəhid olub.

Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da şəhid hərbçilərin sayı səkkizə çatıb.

Qeyd olunub ki, bölgədə davam edən əməliyyat zamanı məhv edilən terrorçuların sayı 15 olub.

**

İraqın şimalında, “Pençe-Kilit” əməliyyatı bölgəsində 6 türk əsgəri şəhid olub, 7 hərbçi yaralanıb.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, cavab tədbirləri nəticəsində 12 terrorçu zərərsizləşdirilib.

Bölgədə əməliyyatların davam etdiyi bildirilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.