İraqda üç türk əsgəri şəhid olub

İraqın şimalında separatçı terror təşkilatı üzvlərinin həyata keçirdikləri hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin üç əsgəri şəhid olub, dörd əsgər isə yaralanıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölgədə terrorçuların sığındığı müəyyən edilən hədəflərə və qaçış istiqamətlərinə qarşı hava əməliyyatları həyata keçirilib. İlkin məlumata görə, dörd terrorçu zərərsizləşdirilib.

Nazirlik açıqlamasında şəhidlərə rəhmət, ailə üzvlərinə və Türkiyə xalqına başsağlığı, yaralılara isə şəfa diləyib.

Əvvəlki məqalə

Şahmaryan “DQR”in buraxılması barədə qərarı ləğv etdi –

Sonrakı məqalə

Xəzər dənizində zəlzələ olub