Əhmədli Sarayevo küçəsində yerləşən İrşad mağazasından Xiaomi C400 Smet kamera almış müştəri məhsulu quraşdırdıqdan sonra düzgün işləmədiyini müəyyən edib. AzPost xəbər verir ki, müştəri problemi həll etmək üçün mağazaya və WhatsApp vasitəsilə operatorlara müraciət edib.
Başlanğıcda satıcı məhsulu dəyişdirə biləcəklərini desə də, mağazada məhsulun olmadığı bildirilib. Daha sonra müştəriyə Bakıxanov filialına getmək təklif olunub, lakin orada da problem həll edilməyib. Satıcı daha sonra bir üst model təklif edib, lakin o da mümkün olmayıb. Müştəriyə 40 dəqiqə gözlətməklə nəticə əldə etmək mümkün olmayıb.
WhatsApp operatorları isə müştəriyə “14 gün ərzində məhsulu dəyişdirib qaytara bilərsiniz” desələr də, real şəraitdə müdirin məzuniyyətdə olması səbəbilə kömək edilməyib və müştəri məhsulu Xətai-də servisinə aparmalı olub.
Şikayətçi bu vəziyyəti istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirir və İrşad mağazasının müştəri məmnuniyyətinə ciddi diqqət yetirmədiyini bildirir. O, digər mağazalarla müqayisədə, məsələn, Araz Market və Veysəloğlu şirkətində qeyri-qida məhsullarının problemli olduğu hallarda yerindəcə həll edildiyini qeyd edib.
