İsa Qəmbər seçki mesajı verdi, Kirov adına ADU-nun 40 il əvvəlki  diplomunu paylaşdı:

“Bizimdir, bizim olacaq!”
12 Dekabr 2019 - 13:01

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər 40 il əvvəl bitirdiyi Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin diplomunun fotosunu paylaşıb.

Azpost.info bildirir ki, İsa Qəmbər 2020-ci ilin fevralında keçiriləcək  parlament seçkilərində iştirakla bağlı hazırlaşdığını yazıb: “Seçkiyə hazırlıqla bağlı sənədlərimə baxırdım. Yadıma düşdü ki, bu il (2019) yalnız Bakı Dövlət Universitetinin yaradılmasının (1919) 100-cü ildönümü deyil, həm də mənim bu universiteti bitirməyimin (1979) 40-cı ildönümüdür. M. Ə. Rəsulzadə adına BDU bizimdir, bizim olacaq!”.

Sənəddə İsa Qəmbərin BDU-nu 1979-cu ildə Fərqlənmə  diplomu ilə bitirdiyi qeyd olunub.