İsa Qəmbər Avropa Parlamentinin ALDE fraksiyasının konqresində iştirak edir

Müsavat başqanı İsa Qəmbər  Avropa Parlamentinin liberal-demokratlardan ibarət fraksiyası olan ALDE-nin konqresində iştirak edir. 
Azpost.info bildirir ki, bu barədə İsa Qəmbəri səfərdə müşaiyət edən müavini Arif Hacılı məlumat verib.
Konqres Portuqaliyanın Lissabon şəhərində keçirilir.
ALDE konqresinin toplanyısında Avropanın 30 dan artıq ölkəsini təmsil edən siyasi partiya liderləri qatılıb.
Konqres günlərində Cənubi Qafqaz respublikaları siyasi partiya liderləri və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə təşkil olunan Cənubi Qafqaz regionunun problemlərinə dair Dəyirmi Masa keçiriləcək.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.