İşğaldan azad olunandan sonra Tuğda ilk dəfə kilsə zəngi səsləndirilib

Azərbaycan Alban-udi xristian dini icmasının üzvləri Xocavənd rayonunun Tuğ kəndində Müqəddəs İohann kilsəsini ziyarət edib.

Bu gün Pasxa bayramı ilə bağlı Xocavəndə səfər edən icma nümayəndələri Hadrut qəsəbəsində olub, rayonun Hünərli və Tuğ kəndlərinə gedərək müqəddəs məbədləri ziyarət ediblər. İşğaldan azad olunandan sonra Tuğda ilk dəfə kilsə zəngi səsləndirilib.

Qeyd edək ki, Müqəddəs İohann kilsəsi 13-cü əsrdə inşa edilib. İşğal dövründə ermənilər bərpa adı ilə saxtalaşdırılaraq onu erməniləşdirməyə çalışıblar. (APA)

Əvvəlki məqalə

Kreml Putinin Ukrayna əraziləri üzrə kurator təyin etməsi xəbərinə şərh verməyib

Sonrakı məqalə

NATO-nun xüsusi nümayəndəsi Bakıya niyə gəlir?