İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilir

Bu gecə və səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun (15.8, 17.2 və 18.6 km-lik hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən, əraziyə dərhal agentlik tərəfindən canlı qüvvə və texnika cəlb edilərək təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hazırda yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər görülür.

Artıq yolun 15.8-ci kilometrlik hissəsində yol təmizlənərək hərəkət bərpa olunub.

Əvvəlki məqalə

Putin Donbasla bağlı ölkə vətəndaşlarına müraciət etdi

Sonrakı məqalə

“Erməni xalqının bütün bəlalarında Rusiyanı günahlandırmaq qəbuledilməzdir”