İsmayıllı-Muğanlı yolunda avtobus qəzaya uğrayıb

Bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.