Sosial şəbəkələrdə və xəbər saytlarında İsmayıllı rayon Kürdmaşı kənd tam orta məktəbinin IX sinif şagirdi Rüstəmova Yeganə Məhəmməd qızının 2 may 2023-cü il tarixdə məktəbdə tənəffüs zamanı dəhlizin 2-ci mərtəbəsinin pəncərəsindən yıxılaraq xəsarət alması xəbərləri yayılıb.
Dağlıq Şirvan Regional Təhsil İdarəsindən APA-ya bildirilib ki, hazırda hadisənin baş vermə səbəbləri rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.
“Şagirdin müalicəsi hazırda Bakı şəhərində yerləşən xəstəxanaların birində davam etdirilir, vəziyyəti normaldır, həyati təhlükəsi yoxdur. Şagirdimizi bu gün (03 may) Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Kürdmaşı kənd tam orta məktəbinin direktoru, məktəbin İlk Həmkarlar Təşkilatının sədri, şagirdin sinif rəhbəri və bir neçə müəllimi xəstəxanada ziyarət ediblər” – deyə məlumatda qeyd olunub.