İsmayıllıda minik avtomobili yük maşını ilə toqquşub- Ölənlər və yaralananlar var (FOTO)

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində İsmayıllı-Muğanlı yolunun Diyallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford Tranzit” markalı, 23-BC-086 dövlət nömrə nişanlı yük maşını “VAZ 2107” markalı, 10-FZ-877 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə 2 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb.

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.  

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Suriyalı qaçqınlara Avropanın qapılarını açan kimi zəng zəng dalınca gəlir”

Sonrakı məqalə

Reaktiv mühərriklər üçün yanacaq idxal gömrük rüsumundan azad edilib