İspaniya hökuməti turizmin inkişafına 615 milyon avro ayıracaq

İspaniyanın Baş naziri Pedro Sançes turizm sektorunun davamlı inkişaf planlarına 615 milyon avro ayıracağını bildirib.

Pedro Sançes bu “tarixi” sərmayənin İspaniyanı turizm sahəsində lider ölkəyə çevirən şirkətlərə kömək etmək məqsədi daşıyan İspaniya Nazirlər Şurasının növbəti iclasında təsdiqlənəcəyini deyib.

“İspaniya turizm sahəsində dünya lideridir və biz bunun bundan sonra da belə olacağını istəyirik. Bunun üçün biz bu sektorun modernləşdirilməsinə və dayanıqlı turizmə arxalanmalıyıq”, – deyə P.Sançes vurğulayıb.

Sənaye, ticarət və turizm naziri Mariya Reyes Marotonun sözlərinə görə, İspaniyanın təhlükəsiz məkan kimi imicinin qorunub saxlanmasının səbəbi əhalinin hədəf qrupunun 89 faizinin peyvənd olunmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Prezident İlham Əliyev Soçi görüşünün çox məhsuldar keçdiyini bildirdi” –

Sonrakı məqalə

“1992-ci ildən Zəngəzur dəhlizində Rusiya hərbçiləri dayanır” –