İsrail Hələb ətrafına raket zərbələri endirib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın Hələb yaxınlığındakı hərbi mövqelərə hücum edib.

Bu barədə “Sham FM” radiostansiyası məlumat yayıb.

Məlumata görə, raket zərbələrindən sonra güclü partlayış səsləri eşidilib.

Suriyanın hava hücumundan müdafiə sistemləri müdafiə atəşi açıb və bir neçə İsrail raketini vurub.

Suriya Müdafiə Nazirliyinin yaydığı  məlumatda deyilir ki, İsrail ordusunun Hələb şəhərinin kənarına endirdiyi zərbələr nəticəsində bir neçə nəfər həlak olub.

Bundan öncə Suriyanın “Sham FM” radiostansiyası İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Suriyanın Hələb yaxınlığındakı hərbi mövqelərə raket zərbələri endirdiyinə dair məlumat yayıb.

Əvvəlki məqalə

“Zirə” büdcəsi ilə bizə qalib gəldi” –

Sonrakı məqalə

Eyfel qülləsini ziyarət haqqı artırılır