İsrail Müdafiə Qüvvələrinə məxsus pilotsuz təyyarənin Livanın Sidon bölgəsində avtomobilə zərbə endirməsi nəticəsində öldürülən şəxsin adı açıqlanıb.

APA yerli “LBC” telekanalına istinadən xəbər verir ki, bu şəxs HAMAS-ın Livandakı hərbi qanadının lideri Məhəmməd Şahindir.

M.Şahinin sözügedən şəxs əsasən təşkilatın bu ölkədəki fəaliyyətinin koordinasiyasını həyata keçirib.