İsrail ordusu döyüşə hazır vəziyyətə gətirlib

Qəzza zolağından kütləvi raket atışlarına başlandıqdan və bu ərazidən yaraqlılar İsrailin sərhəd bölgələrinə daxil olduqdan sonra İsrail Müdafiə Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Azpost.info xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri ölkənin mərkəzi və cənub bölgələrində mülki əhalini sığınacaqların yaxınlığında qalmağa çağırıb.

Baş nazir Benyamin Netanyahunun təhlükəsizlik blokunun komandanlığı ilə görüşü planlaşdırılır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.