İsrail ordusu HƏMAS liderinindən birini məhv edib

İsrail ordusu və təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilindəki Tulkarm şəhərində birgə anti-terror əməliyyatı keçirib.

Azpost.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.

Əməliyyat zamanı bir qrup silahlı radikal, o cümlədən HƏMAS hərəkatının yerli bölməsinin lideri məhv edilib.

Ordunun məlumatına görə, əməliyyatın hədəfi İsrail Müdafiə Qüvvələrinin üzvlərinə və İsrail dövlətinə qarşı hücumların planlaşdırılmasında və həyata keçirilməsində iştirak edən fələstinli radikallar olub.

Əməliyyat zamanı həmçinin ərazidəki yollara quraşdırılmış çoxsaylı partlayıcı qurğular sökülüb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.