İsrail ordusu Yəmənin paytaxtına zərbələr endirib-VİDEO

İsrail ordusu  Yəmənin paytaxtı Sənadakı hərbi mövqelərə dəqiq zərbələr endirib.

Azpost.info bildirir ki, bu barədə Husilərin nəzarətində olan media məluamt yayıb.

İsrailin Yəmənin paytaxtını atəşə tutması nəticəsində azı 9 nəfər ölüb

Bu, husi yaraqlıları tərəfindən İsrailə doğru atılan raketin tutulmasından sonra səhər saatlarında baş verib.

İsrail ordusunun bəyanatında deyilir: “Hücum edilən hədəflər Husilər tərəfindən hərbi əməliyyatlar üçün istifadə olunur”.

Husilərin nəzarətində olan Al Masirah TV-yə görə, Es Salif limanının atəşə tutulması nəticəsində 7 nəfər, Ras İsa neft obyektinə edilən hücumlar zamanı isə daha iki nəfər həlak olub.

 

Əvvəlki məqalə

Bələdiyyə üzvlüyünə namizəd olmaq istəyənlərin say açıqlanıb

Sonrakı məqalə

Azərbaycanda bütün şagirdlərin psixometrik testdən keçirilməsi təklif olunur