İsrailin xarici işlər naziri İsrael Katz İspaniya konsulluğuna İordan çayının qərb sahilində yerləşən Fələstin ərazilərinin sakinlərinə xidmət göstərməsinə qadağa qoyub.
Azpost.info xəbər verir ki, bu barədə XİN rəhbəri özü məlumat verib.
“Mən İspaniyanın İsraildəki diplomatik missiyası ilə fələstinlilər arasında əlaqənin qarşısını almaq və Qüdsdəki İspaniya konsulluğunun İordan çayının qərb sahilindən fələstinlilərə xidmət göstərməsini qadağan etmək qərarına gəldim”, – Katz deyib.
O, bu tədbiri İspaniyanın Fələstini müstəqil dövlət kimi tanımasına, eləcə də İspaniya baş nazirinin müavini Yolanda Diazın “Fələstini çaydan dənizə qədər azad etmək” çağırışına cavab adlandırıb.
Mayın 22-də İspaniya, İrlandiya və Norveç Fələstin Dövlətini tanımaq qərarına gəlib. Qərar mayın 28-dən qüvvəyə minəcək. Bu addımdan sonra İsrail Xarici İşlər Nazirliyi bu ölkələrin səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.
Azpost.info